AFFA-dan “Neftçi”nin prezidentinə 5 oyunluq cəza, 4000 manat cərimə
20.04.2023 , 15:17
AFFA İntizam Komitəsi “Neftçi”nin prezidenti Kamran Quliyevi cəzalandırıb.
Korner.az xəbər verir ki, buna onun Azərbaycan kubokunun yarımfinalında “Turan Tovuz”la ilk matçın fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələr səbəb olub.
Buna görə, Kamran Quliyev Azərbaycan kubokunda 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klubu 4000 manat cərimə edilib. Ona 6 aylıq sınaq müddəti təyin edilib.
“Turan Tovuz” – “Neftçi” görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.