Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Topaz Premyer Liqasının 21-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.
Topaz Premyer Liqasının XXI turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XXI turunun “Zirə” – “Rəvan” matçının 85-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
