AFFA-dan millinin baş məşqçisi ilə bağlı qərar
03.02.2025 , 22:35

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayevlə bağlı da qərar verilib.
Korner.az xəbər verir ki, onun müqavilə müddəti “UEFA İnkişaf Turniri – 2025”də iştirakla əlaqədar mayın 1-dək uzadılıb.
Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.
