Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatıa görə, iclasda Premyer Liqanın ikinci turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.
10 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının II turunun “Rəvan” – “Neftçi” matçının 78-ci dəqiqəsində “Rəvan” klubunun 20 №-li futbolçusu Miloş Adamoviç əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
10 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının II turunun AZAL – “Bakı” matçının 45+1-ci dəqiqəsində “Bakı” klubunun 2 №-li futbolçusu Devidas Çesnauskis idmançiya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
10 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının II turunun “Qarabağ” – “Sumqayıt” matçının 32-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitə yandırıldığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 82-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov idmançiya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
10 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Qəbələ” – “İnter” matçında “Qəbələ” klubunun 5 futbolçus sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
10 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Xəzər Lənkəran” – “Simurq” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
10 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Qarabağ” – “Sumqayıt” matçının 53-cü dəqiqəsində “Qarabağ” klubunun 19 №-li futbolçusu Fərid Baxışov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
