Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Kornmer.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda İK təkcə “İnter”i və komandanın futbolçusu Fuad Bayramovu cəzalandırıb.
Topaz Premyer Liqasının 31-ci turunun “Qarabağ” – “İnter” matçının 75-ci dəqiqəsində “İnter” klubunun futbolçusu Fuad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
