AFFA-dan iki komandaya texniki məğlubiyyət
06.02.2026 , 15:24
AFFA Region Liqasında çıxış edən iki komandaya texniki məğlubiyyət verilib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar çıxarıb.
İmişlinin “Araz” komandası “Hacıqabul”la görüşün 86-cı dəqiqəsində meydanı tərk etdiyi üçün bu halla üzləşib. Oyun başa çatmadığından, bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Crystal” isə “Samur”la qarşılaşmada təyin olunan vaxtda meydana çıxmayıb. Bu səbəbdən, onlar da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıblar.