AFFA-dan iki komandaya texniki məğlubiyyət
26.01.2026 , 17:00
AFFA iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
Korner.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Yanvarın 18-nə təyin olunan Region Liqasının “Hacıqabul” – “Bakı TFK” matçı qonaqların oyuna gəlməməsi səbəbindən baş tutmayıb. Nəticədə “Bakı TFK” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Həmin gün Yüksək Qızlar Liqasında keçirilməli olan “Zaqatala QFK” – “Baku Juniors” qarşılaşmasında da qonaqlar təyin olunan vaxtda meydanda olmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.