Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan “Baku Fans” klubunun üzvü Aqşin Ömərov 2 illik cəzaya məruz qalıb.
Bu haqda AFFA İntizam Komitəsi bugünkü iclasında qərar verib.
ADBTİA ilə matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alan Ömərov meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Bu səbəbdən futzalçı 2 il müddətinə futboldan kənarlaşdırıb.
Həmçinin qarşılaşma sona qədər keçirilmədiyindən, “Baku Fans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
