AFFA-dan hakimi təhqir edən məşqçiyə sərt cəza
27.09.2024 , 14:22
Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
25 sentyabr 2024-cü il tarixində I Liqanın III turunun “Cəbrayıl” – “İmişli” oyununda “Cəbrayıl” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilir (maddə 37);
25 sentyabr 2024-cü il tarixində I Liqanın III turunun MOİK – “Difai” oyununda MOİK komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə MOİK komandası 70 manat cərimə edilir (maddə 37);
25 sentyabr 2024-cü il tarixində I Liqanın III turunun MOİK – “Difai” oyununun 72-ci dəqiqəsində MOİK komandasının məşqçisi Musa Rəhimov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, MOİK komandası 400 manat cərimə edilir (maddə 43.4);
25 sentyabr 2024-cü il tarixində I Liqanın III turunun MOİK – “Difai” oyununun 90+1-ci dəqiqəsində “Difai” komandasının 10 nömrəli futbolçusu Tahir Zeynalov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Difai” komandası 50 manat cərimə edilir (maddə 36.5);
25 sentyabr 2024-cü il tarixində I Liqanın III turunun MOİK – “Difai” oyununun 90+4-cü dəqiqəsində “Difai” komandasının 11 nömrəli futbolçusu Sənan Ağayevin ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Difai” komandası 50 manat cərimə edilir (maddə 36.5);
26 sentyabr 2024-cü il tarixində I Liqanın III turunun “Karvan” – “Baku Sportinq” oyununda “Karvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” komandası 70 manat cərimə edilir (maddə 37);
26 sentyabr 2024-cü il tarixində I Liqanın III turunun “Karvan” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” komandası 70 manat cərimə edilir (maddə 37);