AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, komitə üzvləri futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Titan” – “Port Baku” matçında baş verənlərlə bağlı qərar qəbul edib.
Belə ki, oyun başa çatdıqdan sonra “Titan”ın üzvü Zaur Səmədov hakimə qarşı fiziki təzyiq göstərməyə cəhd edib. Bu səbəbdə o, 5 oyunluq cəzalandırılıb.
