Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığıncaqda “Simurq” və “Rəvan”ın müraciətlərinə baxılıb. Məsələlər müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul olunub.
AFFA-nın İntizam Komitəsinin “Simurq”un qapıçısı David Pietrzkiyeviç barədə qərarı qismən dəyişdirilib. Polşalı legioner intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılması, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunması qərara alınıb. 6 aylıq sınaq müddəti ərzində David Pietrzkiyeviç analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə ediləcək. “Rəvan”ın baş məşqçisi Kemal Alispahiçin hakimin idarəçiliyi ilə bağlı qeyri-etik ifadələr işlətməsi haqda çıxarılan cəza tədbiri də ləğv edilib.
