AFFA-dan Baxşıyevə sərt cəza
28.08.2024 , 17:37
AFFA İntizam Komitəsi “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevi cəzalandırıb.
Korner.az xəbər verir ki, qərar Komitənin bugüngü iclasından sonra açıqlanıb.
Misli Premyer Liqasının 4-cü turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Araz-Naxçıvan” komandası 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Matçın 90+5-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun inzibatçısı Hüseynxəlil Orucoğlu rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçuya fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Araz-Naxçıvan” komandası 4000 manat cərimə edilib.