Futbol

AFFA-dan 800 manatlıq cərimə

27.01.2021 , 13:45

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Korner.az xəbər verir ki, iclasın qərarları milli assosiasiyanın saytında dərc olunub.

Premyer Liqanın XIV turunun “Zirə”  – “Qəbələ” oyununda stadiondakı hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi klub 800 manat cərimələnib. Həmin matçda “Zirə” və “Qəbələ”nin hər birindəb dörd futbolçu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 800 manat cərimə olunub.

Premyer Liqanın XIV turunun “Səbail” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.

Premyer Liqanın XIV turunun “Keşlə” – “Sumqayıt” matçının 38-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Elçin Mustafayev “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.

Son yazılar

Yuxarı