AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komitə üzvləri I divizionun III turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Ağsu” ilə oyunun 65-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan “Şuşa”nın futbolçusu Nicat Tağıyev 1 oyunluq cəzalandırılıb. Klub buna görə 20 manat ödəyəcək.
“Bakılı” isə “Şahdağ”la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 100 manat ziyana düşüb.
