AFFA İntizam Komitəsinin iclası keçirilib
İclasda aşağıdakı qərarlar qəbul olunub:
14 yanvar 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin ikinci liqasında “Avanqart” – “Baku Fire-2” matçının 44-cü dəqiqəsində “Avanqart” klubunun futbolçusu Rufin Sarıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Oyunun 49-cu dəqiqəsində “Baku Fire-2” klubunun futbolçusu Fərrux Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
14 yanvar 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin ikinci liqasında “Gənclik” – “Baker Hughes” matçında “Baker Hughes” klubunun heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
