AFFA-nın baş katibinin yeni müavini bəlli olub.
Korner.az-ın məlumatına görə, Elxan Əsədovun gedişindən sonra baş katib Elxan Məmmədovun müavini Sərxan Hacıyev təyin olunub.
Qeyd edək ki, Hacıyev AFFA-nın Beynəlxalq Departamentinə də rəhbərlik edir. O, hazırda E.Məmmədovla birlikdə millimizin Şimali İrlandiya yığması ilə keçirəcəyi oyuna görə Belfastdadır.
