AFFA-da məşqçilər üçün kurs
08.08.2023 , 12:12

AFFA-da məşqçilər üçün kurs keçirilir.
Korner.az xəbər verir ki, tədbir UEFA-nın dəstəyi, AFFA-nın təşkilatçılığı ilə həyata keçirilir.
Kurslar məşqçi kurslarının təlimatçiları üçün (Coach Educator course) nəzərdə tutulub. Buna UEFA-nın təyin etdiyi Dani Riser və Təhsil proqramının rəhbəri Aslan Kərimov rəhbərlik edir.
Qeyd edək ki, kurs avqustun 10-dək davam edəcək.
