Ölkə futbolu

AFFA-da koordinatorlar və klub nümayəndələri ilə görüş

21.02.2020 , 16:57

Bu gün AFFA-nın inzibati binasında Premyer Liqada iştirak edən klubların futbol akademiyalarının koordinatorları və nümayəndələri ilə görüş keçirilib.

Korner.az xəbər verir ki, aşağı yaş qrupları üzrə yığma komandaların Fitnes və kondisiya mütəxəssisi – Vladimir Mrdakoviç 12-19 yaş arası futbolçuların motorik keyfiyyətlərinin qiymətləndirilməsi və inkişafı istiqamətində görüləcək işlər barədə məlumat verib.

Qeyd edək ki, görüşdə AFFA-nın Texniki direktoru Bernhard Lippert və aşağı yaş qrupu üzrə yığma komandaların koordinatoru Miloş Velebit də iştirak edib.

Son yazılar

Yuxarı