AFFA-da hakimlər üçün seminar
10.10.2023 , 18:34

AFFA tərəfindən “Hyatt Regency Baku” hotelində Elit və I dərəcəli hakimlər üçün seminar keçirilib.
Korner.az xəbər verir ki, tədbirə AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək rəhbərlik edib.
Seminara köməkçi hakimlərlə çalışan türkiyəli mütəxəssis Tarık Onqun da qatılıb.
