AFFA-da görüş
21.09.2023 , 16:13
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqası, I və II Liqada çıxış edən klubların nümayəndələri üçün 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda iştirak edən AFFA-nın baş katibi Sərxan Hacıyev lisenziyalaşdırma prosesinin vacibliyini vurğulayıb, bütün klublara uğurlar arzulayıb. Həmçinin, iclasda UEFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin rəhbəri Ales Zavrl çıxış edərək, iştirakçılara UEFA-nın Klubların Lisenziyalaşdırılması və monitorinq prosesi, Azərbaycan futbol klublarının maliyyə və digər göstəricilərinin müqayisəli təhlilini və UEFA-nın Qadınlar arasında Çempionlar Liqasında çıxış etmək üçün lisenziyalaşdırma tələbləri barədə ətraflı məlumat təqdim edib.
İclasda asağıdakı mövzulara aid təqdimatlar keçirilib:
– Ötən mövsümün icmalı və Klubların Lisenziyalaşdırılması Departamentinin yenilənmiş təşkilatı strukturu
– Prosesə aid rəsmi sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər
– Cari mövsümdən etibarən tətbiq olunacaq I Liqa üçün lisenziyalaşdırma sisteminə dair meyarlar
– Mövsüm ərzində təşkil olunacaq yerlərdə treninqlər və seminarlar
– Cari mövsümdən etibarən lisenziyalaşdırma sistemi çərçivəsində tətbiq olunacaq yeni elektron portalı. Portal lublar tərəfindən sənədlərinin təqdim olunması, onların qiymətləndirilməsi və prosesə aid digər məsələlər üçün nəzərdə tutulmuşdur.
İclasın sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.