Bu gün Qazaxıstanın paytaxtı Astanada UEFA-nın növbəti konqresi öz işinə başlayıb.
Korner.az-ın məlumatına görə, qitə futbol qurumuna üzv olan ölkələrin nümayəndələri milli komandalar arasında Millətlər Liqası yarışının təşkilini müzakirə ediblər.
Səsvermədən sonra qərar alınıb ki, yoldaşlıq oyunlarını əvəzləyəcək turnirə start verilsin. “Millətlər Liqası – 2018”in təşkilinə bütün milli assosiasiyalar yekdilliklə səs verib. Bu isə o deməkdi ki, tədbirə qatılan AFFA rəsmiləri də liqaya “hə” deyib.
