AFFA Cavadovu təbrik etdi
21.09.2021 , 19:00

Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadovla görüşərək 65 illik yubileyi münasibətilə onu AFFA rəhbərliyi adından təbrik edib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, yubilyara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub.
İsgəndər Cavadov göstərilən diqqətə görə minnətdarlığını bildirib.
