Ölkə futbolu

AFFA cərimələri açıqladı

29.09.2020 , 16:09

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Korner.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının IV turu ilə bağlı aşağıdakı qərarlar verilib.

“Səbail” – “Sabah” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat cərimə olunub.

“Keşlə” – “Zirə” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunb.

“Neftçi” – “Qəbələ” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.

Son yazılar

Yuxarı