AFFA bu komandanı liqadan uzaqlaşdırdı
18.03.2022 , 16:11

“Şahdağ” Region Liqasından kənarlaşdırılıb.
Korner.az xəbər verir ki, bununla bağlı AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib. Quba təmsilçisi çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlməməsi səbəb olub.
“Şahdağ” Region Liqası oyunlarının 50%-ni keçirdiyi üçün qalan matçlarda komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
