AFFA bu komandanı çempionatdan uzaqlaşdırdı
17.03.2020 , 16:10

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
Futzal üzrə Yüksək Liqanın “Premier” (Quba) – EKOL matçında “Premier” (Quba) komandası təyin olunan vaxtda meydana çıxmadığına görə kluba 0:5 hesablı məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün “Premier” (Quba) komandası Yüksək Liqadan kənarlaşdırılıb.
Futzal üzrə Azərbaycan Kubokunun “Premier” (Quba) – “Red Line” matçında “Premier” (Quba) komandası təyin olunan vaxtda meydana çıxmadığına görə kluba 0:5 hesablı məğlubiyyət verilib.
