AFFA bu klubları cəzalandırdı
27.10.2022 , 14:52

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XI turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqasının XI turunun “Səbail” – “Şamaxı” oyununda “Səbail” klubunun 39 nömrəli futbolçusu Tural Bayramlı oyunun 42-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
XI turunun “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun 21 nömrəli futbolçusu İsmayıl Zülfüqarlı oyunun 75-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
