AFFA bu klubları cəzalandırdı
13.12.2023 , 13:17
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 16-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Qəbələ” – “Kəpəz” oyununun 49-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Qəbələ” klubu 500 manat cərimə edilib.
“Sabah” – “Səbail” oyununda hesab tablosu işləmədiyinə görə “Sabah” klubuna xəbərdarlıq edilib. Oyna Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1000 manat cərimə edilib.
“Neftçi” – “Turan Tovuz” oyununda hesab tablosu işləmədiyinə görə “Neftçi” klubuna xəbərdarlıq edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.