AFFA bu klubları cəzalandırdı
02.12.2022 , 17:49

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az xəbər verir ki, bu gün baş tutan toplantıda Azərbaycan Premyer Liqasının XV turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
“Şamaxı” – “Kəpəz” oyununda “Şamaxı” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
“Kəpəz” klubunun 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
