AFFA bu klubları cərimələdi
15.12.2020 , 15:58

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda I Divizonun X turu ilə bağlı aşağıdakı qərarlar verilib:
“Qaradağ Lökbatan” – “Qarabağ-2” oyununda təcili tibbi yardım vaxtında gəlmədiyi üçün matç gec başlandığına görə meydan sahibi klub 160 manat cərimə olunur;
“Kəpəz” – “Sabah-2” oyununda “Kəpəz” klubunun futbolçusu Əli Səmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
“Neftçi-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün komanda 80 manat cərimə olunur.
