AFFA bu klubları cərimələdi
24.09.2024 , 15:56
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
Misli Premyer Liqasının 7-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” 700 manat cərimə edilib.
“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.
Misli Premyer Liqasının 7-ci turunun “Səbail” – “Sabah” oyununda meydan sahiblərinin 7 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” 700 manat cərimə edilib.
“Səbail” – “Sabah” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin və qonaq komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Səbail”ə xəbərdarlıq edilib.
“Səbail” – “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” 700 manat cərimə edilib.
Misli Premyer Liqasının 7-ci turunun “Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt” 500 manat cərimə edilib.