AFFA bu klubları cərimələdi
24.05.2021 , 20:13

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının XXVIII turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Sabah” – “Zirə” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
XXVIII turun “Keşlə” – “Qəbələ” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 75-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Sezar Meza Kolli “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.
“Səbail” – “Sumqayıt” oyununda meydan sahiblərinin futbolçusu Adil Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib;
“Neftçi” – “Qarabağ” oyununda hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi klub 800 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” oyununda mətbuat konfransının keçirilməsi üçün lazımi şərait yaradılmadığına görə meydan sahibi klub 800 manat cərimələlənib.
“Neftçi” – “Qarabağ” oyununda dəhlizə “A buraxılışı” olmayan şəxslər daxil olduğu üçün meydan sahibi klub 800 manat cərimə olunub.
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
“Qarabağ”ın Əsasnamədə onlar üçün qadağan edilmiş stadion ərazisinə daxil olduqlarına görə klub 800 manat cərimə olunub.
