AFFA bu klubları cərimələdi
17.05.2021 , 16:19

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 26-cı turunun “Keşlə” – “Sumqayıt” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
“Keşlə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Premyer Liqanın 27-ci turunun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
