AFFA bu klubları cərimələdi
28.12.2023 , 12:55
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantında Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – “Sabah” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
“Kəpəz” – “Sabah” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 43.7);
“İrəvan” – “Araz-Naxçıvan” oyununa yanğınsöndürən avtomobil təyin edilmiş vaxtdan gec gəldiyinə görə “İrəvan” klubu 100 manat cərimə edilir (maddə 72.4);
“Zirə” – “Turan Tovuz” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilir (maddə 37);
“Zirə” – “Turan Tovuz” oyununun 10-cu dəqiqəsində “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
“Neftçi” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın paltardəyişmə otağına dəymiş zərər “Qaradağ Lökbatan” klubu tərəfindən ödənilsin (maddə 54.2);