AFFA bu klubları cərimələdi
20.12.2023 , 16:51
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 17-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Kəpəz” – “Sumqayıt” oyununun 26-cı dəqiqəsində, həmçinin oyun bitdikdən sonra “Sumqayıt”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib.
“Səbail” – “Qəbələ” oyununun 36-cı dəqiqəsində qonaqların 19 nömrəli futbolçusu Samuel Tetteh təcavüzkar davranışa (rəqibə zərbə endirdiyinə) görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Qəbələ” 3000 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.
“Qarabağ” – “Neftçi” oyununda Ağdam təmsilçisinin azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə klub 1000 manat cərimə edilib.
Eyni matçda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə klub 1000 manat cərimələnib.