AFFA bu klubları cərimələdi
07.09.2023 , 12:45

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 5-ci turunda qeydə alınan qayda pozuntuları barədə qərarlar qəbul olunub.
Misli Premyer Liqasının 5-ci turunun “Sabah” – “Turan Tovuz” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimə edilib.
Misli Premyer Liqasının 5-ci turunun “Qəbələ” – “Zirə” oyununda meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimə edilib.
“Qəbələ” – “Zirə” oyununda meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 800 manat cərimə edilib.
“Qəbələ” – “Zirə” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimə edilib.
Misli Premyer Liqasının 5-ci turunun “Kəpəz” – “Araz-Naxçıvan” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimə edilib.
Misli Premyer Liqasının 5-ci turunun “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.
