AFFA bu klubları cərimələdi
31.08.2023 , 13:51
AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 4-cü turunda qeydə alınan qayda pozuntuları barədə qərarlar qəbul olunub.
Misli Premyer Liqasının 4-cü turunun “Araz-Naxçıvan” – “Sumqayıt” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Sumqayıt” oyunu bitdikdən meydan sahiblərinin köməkçi məşqçisi Əfran İsmayılov oyunun rəsmi şəxslərinin tələblərinə əməl etmədiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Araz-Naxçıvan” klubu 1000 manat cərimə edilib.
Misli Premyer Liqasının 4-cü turunun “Zirə” – “Sabah” oyununda qonaq komandanın futbolçusu Amin Seydiyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sabah” klubu 1500 manat cərimə edilib.
Misli Premyer Liqasının 4-cü turunun “Neftçi” – “Qəbələ” oyununda meydan sahiblərininqapıçısı Rza Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Neftçi” klubu 800 manat cərimə edilib.
“Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 800 manat cərimə edilib.
Misli Premyer Liqasının 4-cü turunun “Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 800 manat cərimə edilib.