AFFA bu klubları cərimələdi
25.05.2023 , 14:28

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 35-ci turundakı matçlarda edilən qayda pozuntuları barədə qərarlar qəbul olunub.
Misli Premyer Liqasının 35-ci turunun “Sabah” – “Zirə” oyunu bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olduğuna görə meydan sahibi klub 800 manat cərimə edilib.
Misli Premyer Liqasının 35-ci turunun “Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra qonaq komandanın meneceri Rasim Ramaldanova verilən birbaşa qırmızı vərəqə qərarı ləğv edilib.
“Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra tribunanın qonaq komandaya aid hissəsindən meydançaya kənar əşya atıldığına görə “Qəbələ” 1600 manat cərimə edilib.
“Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra meydan sahiblərinin futbolçusu Ramil Şeydayev rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyunluq cəzalandırılıb, “Qarabağ” 2400 manat cərimə edilib.
“Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra qonaq komandanın futbolçusu Todor Todoroski rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb, “Sumqayıt” klubu 2400 manat cərimə edilb.
Misli Premyer Liqasının XXXV turunun “Turan Tovuz” – “Səbail” oyununda “Səbail” klubunun futbolçusu Qoba Zakpa qeyri-etik hərəkət etdiyinə görə 3 oyun cəzalandırılıb, klub 1600 manat cərimə edilib.
