AFFA bu klubları cərimələdi
27.04.2023 , 14:59

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Korner.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 31-cu turunda matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.
Premyer Liqanın 31-ci turunun “Qarabağ” – “Zirə” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ” 800 manat cərimə edilib.
“Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 1600 manat cərimə edilib.
“Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra qonaq komandanın “A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olmasına görə “Zirə” 800 manat cərimə edilib.
“Qarabağ” – “Zirə” oyununda qonaq komanda İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə “Zirə” klubu 2000 manat cərimə edilib.
Misli Premyer Liqasının 31-ci turunun “Səbail” – “Neftçi” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” 800 manat cərimə edilib.
Misli Premyer Liqasının 31-ci turunun “Sumqayıt” – “Qəbələ” oyununa Təcili Tibbi Yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt” 400 manat cərimə edilib.
“Sumqayıt” – “Qəbələ” oyununda meydançaya kənar əşyaların atılması görə meydan sahibləri 1600 manat cərimə edilib.
“Sumqayıt” – “Qəbələ” oyununda qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 800 manat cərimə edilib.
