AFFA bu klubları cərimələdi
11.04.2023 , 13:21
AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 29-cu turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.
Azərbaycan Premyer Liqasının 29-cu turunun “Səbail” – “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.
“Səbail” – “Sabah” oyununda qonaq komandanın futbolçusu Con İrasabal rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilib.
“Səbail” – “Sabah” oyunu başa çatdıqdan sonra qonaq komandanın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 800 manat cərimə edilib.
“Səbail” – “Sabah” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə edilib.
Azərbaycan Premyer Liqasının 29-cu turunun “Qarabağ” – “Kəpəz” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə edilib.