AFFA bu klubları cərimələdi
10.02.2023 , 16:27

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqasının XXI turunun “Zirə” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur;
XXI turun “Sabah” – “Səbail” oyununda “Səbail” klubunun oyunçusu Rahid Əmirquliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılır, klub 200 manat cərimə olunur;
“Sabah” klubunun oyunçusu Con İrasabal rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
