AFFA bu klubları cərimələdi
30.01.2023 , 14:56

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, Premyer Liqanın XIX turunda yaşananlar barədə aşağıdakı qərarlar qəbul edilib.
“Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” meydan sahiblərinin azarkeşləri hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə klub 4000 manat cərimə olunub.
“Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 1600 manat cərimələnib.
“Kəpəz” – “Qəbələ” oyununda Təcili Tibbi Yardım oyuna gecikdiyinə görə meydan sahibi klub 1600 manat cərimə olunub.
“Kəpəz” – “Qəbələ” oyunundan əvvəl polis iclasa gəlmədiyinə görə meydan sahibi klub 800 AZN cərimə edilib.
