AFFA bu klubları cərimələdi
13.05.2022 , 16:54

Korner.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXVI turunun “Qəbələ” – “Neftçi” matçıyla bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın XXVI turunun “Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
“Neftçi” klubunun azarkeşləri tərəfindən meydana pirotexniki vasitə atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1);
