AFFA bu kluba texniki məğlubiyyət verdi
20.09.2024 , 17:41
AFFA 2-ci liqada çıxış edən “Göygöl” komandasına texniki məğlubiyyət (0:3) verib.
Korner.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında bu haqda qərar qəbul olunub.
Buna səbəbə 3-cü turda “Şəmkir”lə oyunun 83-cü dəqiqəsində “Göygöl”ün heyətində adı matçın protokolunda olmayan Araz Quliyevin meydana çıxması olub. Həmçinin, “Göygöl” klubu 400 manat cərimələnib. Komanda 5 futbolçusu sarı vərəqə aldığına görə 70, oyunöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyi üçün 80 manat cərimələni
Qeyd edək ki, sentyabrın 16-da keçirilən “Göygöl” – “Şəmkir” matçı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.