AFFA bu kkubları cərimələdi
30.04.2024 , 14:55

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar verilib:
25.04.2024-cü il tarixində I Liqada XXIII turun “Araz Saatlı” – “Karvan” oyununun 79-cu dəqiqəsində “Araz Saatlı” klubunun məşqçisi Zəkəray Atakişiyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Araz Saatlı” klubu 150 manat cərimə edilir (maddə 42.3);
25.04.2024-cü il tarixində I Liqada XXIII turun “Qaradağ Lökbatan” – MOİK oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilir (maddə 70.1).
