AFFA İntizam Komitəsi 4 kluba texniki məğlubiyyət verib.
Korner.az-ın məlumata görə, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Təbriz” – FKİT matçının 50-ci dəqiqəsində birincilər meydançanı özbaşına tərk etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyət alıb.
U-19 Liqasının “Turan” İB (Tovuz) – AZAL (Bakı) və U-13 Liqasında UGİM Gənlər Birliyi – “Kəlbəcər” (Gəncə) matçında qonaqlar, U-12 Liqasında “Gülül” (Ağstafa) – UGİM (Qazax) matçında isə meydan sahibləri oyunda iştirak etmədiyi üçün hər bir kluba 0:3 texniki məğlubiyyət verilib.
