Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
Korner.az-ın AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, iclasda AZAL-ın futbolçusu Rəşad Abdullayev barədə müraciətə baxılıb. Müzakirələrdən sonra qəbul edilən qərara əsasən, AZAL-ın müraciəti təmin olunmayıb. AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılıb.
Xatırladaq ki, R.Abdullayev Azərbaycan Premyer Liqasının 25-ci turunda “Bakı”ya qarşı matçda rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
