FFA və UNİCEF-in birgə təşkilatçılığı, AccessBank-ın sponsorluğu və JW Mariott Absheron Hotel Bakının tərəfdaşlığı çərçivəsində AFFA “Ailə Turniri” futbol festivalı təşkil edir.
Korner.az-ın məluatına görə, festival UNICEF-in uşaq zorakılığına qarşı #ENDViolence kampaniyası çərçivəsində mayın 24-də “Dalğa Arena”da keçiriləcək.
Turnir zamanı əyləncəli yarışmalar təşkil olunacaq və bütün iştirakçılara hədiyyələr təqdim olunacaq. Yerlər məhduddur.
Əlavə məlumat almaq və qeydiyyatdan keçmək üçün bu linkə daxil ola (http://qeydiyyat.affa.az/ ) və ya AFFA-nın inzibatı binasına yaxınlaşıb qeydiyyat blanklarını əldə edə bilərsiniz.
