Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumtına görə, iclasda Topaz Premyer Liqasının 31-ci turunun bəzi oyunlarında baş verən hadisələrlə bağlı qəra verilib.
“Sumqayıt” – “Xəzər Lənkəran” matçının 61-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Adrian Skatlatake idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
“Turan” – “Kəpəz” matçında “Kəpəz”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
“Rəvan” – AZAL matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur.
Matçın 85-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Nikolay Orlovski idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
“Qəbələ” – “Neftçi” oyunun 3-cü, 47-ci və 49-cu dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur.
“Qəbələ” klubun azarkeşləri tərəfindən “Neftçi” klubunun avtobusunun şüşəsi sındırıldığı üçün “Qəbələ” klubu dəymiş zərərə uyğun olaraq “Neftçi” klubuna təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
“Simurq” – “İnter” matçının “Simurq”un futbolçusu Nicat Qurbanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.
Oyunun 74-cü dəqiqəsində “İnter” klubunun futbolçusu Volodimir Levin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
“Qarabağ” – “Bakı” matçının 84-cü dəqiqəsində “Bakı” klubunun futbolçusu Rauf Əliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.