AFFA Adil Nağıyevi ömürlük futboldan uzaqlaşdırdı
30.01.2025 , 13:27

AFFA İntizam Komitəsi adı danışılmış oyunlarda hallanan “Şamaxı”nın sabiq kapitanı Adil Nağıyevlə bağlı qərar verib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Azərbaycan millisinin də sabiq üzvü olan müdafiəçi danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
