Azərbaycan milli komandası daha bir yoldaşlıq oyunu keçirəcək.
Millimiz Bakıda Belarus yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək matç martın 23-ü saat 20:00-da başlayacaq.
Bu, Azərbaycan milli komandasının 2018-ci ildə Bakıda ilk oyunu olacaq. Eləcə də Qurban Qurbanov da millinin yeni baş məşqçisi kimi məhz həmin gün doğma meydanda debüt edəcək.
Qeyd edək ki, millimiz martın 27-də Antalyada Makedoniya, iyunun 9-da isə Latviya yığması ilə səfərdə yoxlama görüşü keçirəcək.
